Tereza Mey etimad səsverməsində qalib gəlib “Brexit” qaçılmazdır

Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının lideri Tereza Meyə etimad səsverməsi proseduru işə salınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, səsvermə nəticəsində Tereza Meyin Baş nazir postunda qalacağı dəqiqləşib. Tereza Meyin lehinə 200, əleyhinə isə 117 nəfər səs verib.

Beləliklə, Tereza Mey etimad səsverməsində qalib gələrək Baş nazir vəzifəsinin icrasını davam etdirmək hüququ qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə