Fransada etiraz aksiyaları səngimir

Fransa prezidenti Emmanuel Makronun xalqa müraciət etməsinə baxmayaraq “sarı jilet”lilərin etirazları davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “qara şənbə” günü etirazçılara məktəblilər də qoşulub.

Onlar təhsil islahatının aparılmasına və universitetlərə daha sərt qəbulun keçirilməsinə qarşı çıxıblar.

Həmçinin, Makronun Fransada təhsilin səviyyəsini yüksəltmək üçün Avropa Birliyinə daxil olmayan ölkələrdən gələn tələbələrə təhsil haqlarını yüksəltməsi də etirazların qızışması üçün səbəb olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə