Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində 19 terrorçunu məhv edib. Bu haqda SİA Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata görə, əməliyyatlar İraqın Zap, Həkürk, Kandil, Avaşin-Basyan və Sinat-Haftanin bölgələrində aparılıb. Beləliklə, son 4 güncə İraqın şimalında məhv edilən terrorçuların sayı 57-yə çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə