İsrail Qəzzaya əlavə qüvvə yığdı HƏRBİ MÜNAQİŞƏ

İsrailin müdafiə ordusu regionda baş vermiş gecə döyüşlərinin ardınca, Qəzza sektoru sərhədlərinə əlavə güclər göndərib. SİA xəbər verir ki, bu barədə ordu xəbərlərinin mətbuat xidməti Tvitter səhifəsində yazıb. “İsrailin müdafiə ordusu Cənub dairəsində güclərinin sayını artırıb və öz qüdrəti ilə hərəkətə keçməyə hazırdır”, deyə məlumatda bildirilir.

Daha öncə isə bildirilirdi ki, Qəzzada keçirilən əməliyyat və gecə atışması nəticəsində bir İsrail zabiti həlak olub.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə