Putinin adamı sanksiya siyahısından çıxarıldı

ABŞ “Roskosmos”un rəhbəri Dmitri Roqozini müvəqqəti olaraq sanksiya siyahısından çıxarıb. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, bu addım Roqozinin NASA rəhbərliyi ilə görüş üçün Vaşinqtona gəlməsi ilə bağlıdır.

NASA rəhbəri Cim Braydenstayn Ağ Evin bu addımı atmasını məntiqli sayıb və səfərdən sonra onun yenidən ABŞ-a gəlməsinə qadağanın qoyulacağını əlavə edib.

Xatırladaq ki, Dmitri Roqozin 2014-cü ildə Ukraynadakı hərbi münaqişədən sonra ABŞ-ın sanksiya siyahısına düşüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə