BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş barədə Türkiyə Prezidenti Administrasiyasının rəsmisi Fəxrəddin Altun özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, iki lider Baş Assambleya kuluarlarında əl sıxaraq qısa söhbət ediblər.

Bildirilir ki, bu söhbət birinci xanımlar Əminə Ərdoğan və Melaniya Trampın iştirakı ilə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə