Çin orqan transplantasiyası üzrə dünyanın ən böyük ölkəsi olacaq

Çin 2020-ci transplantasiya üzrə dünyanın ən böyük ölkəsi olacaq. SİA-nın məlumatına görə, bunu Çin Orqan Bağışlama və Transplantasiya Milli Komitəsinin direktoru Xuan Ciefu deyib. Sian şəhərində işə başlayan 3-cü Çin beynəlxalq orqan bağışlama konfransında çıxış edən komitə direktoru bildirib ki, bu il ölkədə könüllü olaraq orqan bağışlamaq üçün müraciət edənlərin sayı 615 minə yaxınlaşıb. Cari il ərzində Çində orqan transplantasiyası üzrə 54 min 956 uğurlu cərrahiyə əməliyyatı aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə