Rusiyaya məxsus təyyarə Suriyada itkin düşüb

Rusiyanın Suriyanın Xmeimim əyalətində yerləşən baza komandiri Rusiya Hava Hücum Qüvvələrinə məxsus İl-20 təyyarəsinin ekipajı ilə əlaqəni itirib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Məlumatda bildirilir ki, sentyabrın 17-də, Moskva vaxtı ilə 23:00-da Suriya sahillərindən 35 kilometr aralıda, Aralıq dənizi üzərindən Khemeymim hava limanına qayıdarkən Rusiyaya məxsus İl-20 təyyarəsi ilə əlaqələr kəsilib.

Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə ilə əlaqə 4 İsrail təyyarələrinin Suriyaya uçuşu zamanı radarlardan itib.

Həmin dövrdə havaya nəzarət edən Rusiya radarları həmin ərazidə yerləşən Fransız donanmasının "Auvergne" frigatından raketlərin buraxıldığını qeydı alıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarədə 14 nəfər olub və hazırda onların taleyi məlum deyil.

Rusiyanın Xmeimim hava bazasının komandası tərəfindən axtarış-xilasetmə əməliyyatı təşkil edilib.

İsrail Rusiya tərəfindən açıqlanan məlumatları rədd edib.

İsrail hərbçiləri Rusiya Müdafiə Nazirliyinin İsrail Hava Qüvvələrinin Suriyaya istiqamətli hücumu ilə əlaqədar itkin düşən Rusiya təyyarəsi ilə bağlı şərhi rədd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə