Yaponiyadan İranla bağlı şok addım

Yaponiya bankları noyabrın 4-dək İranın bütün maliyyə qurumları ilə əməliyyatları dayandıracaqlarını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın ən böyük banklarından olan “Mitsubishi UFJ” və “Mizuho” avqustun 12-dən başlayaraq İranla bütün bank-maliyyə əməliyyatlarını dayandıracaqlarını elan ediblər.

Cari il noyabrın 4-də ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar noyabrın 4-dək qüvvədə olacaq. ABŞ-a dəstək olaraq Yaponiya bankları da bu addımı atıblar.

Qeyd edək ki, Ağ ev müttəfiqlərindən noyabradək İranla bütün maliyyə əlaqələri dayandırmağı istəmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə