Yaponiya baş nazirinin Koreyaya səfəri planlaşdırılır

Yaponiyanın baş naziri Şinzo Abe Şimali Koreyanın paytaxtı Phenyana səfər edə bilər. SİA-nın verdiyi məlumata görə, hazırda Yaponiyanın xarici işləş naziri Taro Kono öz Şimali Koreyalı həmkarı Li Yon Xo ilə görüş məsələsi üzərində işləyir.

Məlumata əsasən, XİN rəhbərləri arasında görüş Sinqapurda 30 iyul - 4 avqust tarixlərində baş tuta bilər. Xarici işlər nazirləri baş tutacaq görüşdə Şinzo Abenin Phneyana mümkün səfərini müzakirə edəcəklər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə