AKP təqdimat mərasimini bu tarixdə keçirəcək

Siyasi partiyalar namizədlərinin təqdimat mərasimini keçirəcəkləri vaxtı açıqlayıb. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə 24 iyun tarixində keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində AKP və CHP namizədlərinin təqdimat mərasiminin vaxtını ictimaiyyətlə bölüşüb.

Ədalət və İnkişaf Partiyası ( AKP) təqdimat mərasimini 24 may günü keçirəcəyini bildirib. Cumhuriyyət Xalq Partiyası da ilk əvvəl mərasim üçün 24 may gününü təyin edib.

Ancaq AKP ilə eyni günə düşdüyündən qərarını dəyişdirib. CHP-nin keçirəcəyi təqdimat mərasimi 26 may tarixində JW Marriot otelində keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə