Suriyada 400 nəfər öz evinə qayıdıb

Suriyada təxminən 400 nəfər sutka ərzində öz evinə qayıdıb. SİA-nın verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko brifinq zamanı deyib.

Y.Yevtuşenko bildirib: "Ötən sutka ərzində Xoms əyalətinə öz evlərinə 221 nəfər, Dey-əz-Zor əyalətində 45 nəfər, Şərqi Qutada 107 nəfər öz evlərinə qayıdıb".

Onun sözlərinə görə, Mərkəz insanlara 5 ton humanitar yardım verib. Rusiya hərbi həkimləri sutka ərzində 15-i uşaq olmaqla 23 nəfər tibbi yardım göstərib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...