Fransada terror törətmək istəyən misirli gənclər saxlanılıb

Fransanın paytaxtı Parisdə 2 gənc terror hadisəsi törətməkdə şübhəli bilinərək saxlanılıblar. SİA-nın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə mayın 18-də Fransanın daxili işlər naziri Jerar Kollon mətbuata açıqlama verib.

Nazir Jerar Kollonun sözlərinə görə, söhbət misirli 2 qardaşdan gedir. Onlar güclü təsiredici zəhər və ya partlayıcıdan istifadə etməklə terror törətmək istəyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə