Roma papası fahişəliyə cəlb olunan qadınlardan üzr istəyib

Roma papası Fransisk fahişəliyə cəlb olunan qadınlardan katoliklər adından üzr istəyib. Teleqraf.com xəbər verir ki, Papa Fransisk Vatikanda təşkil olunan tədbirlərin birində Nigeriyadan İtaliyaya gətirilərək məcburi şəkildə fahişəliyə cəlb edilən və sonra qaçmağı bacaran qadının sualına cavab verməli olub.

Qadınların zorlanmasını insanlıq cinayəti kimi xarakterizə edən Papa bu cinayəti işləyən katoliklər adından üzr istədiyini söyləyib. Tanışı tərəfindən aldadılaraq İtaliyaya iş dalınca göndərilən, lakin küçələrdə yaşamağa məcbur edilən və zorlanan Blesinq Okoedion Papaya qəfil sual ünvanlayıb: “Müştərilərin bir çoxu katolikdir. Özümə və sizə bu sualı vermək istərdim: Hələ də kişi üstünlüyünə malik kilsə müştərilərlə bağlı bu sualla doğrudan da üzləşə bilərmi?”

Papa cavabında bir neçə dəfə zorlanmış qadınlarla görüşüb həyat hekayələrini dinlədiyini deyib: “Pul qarşılığında cinsi əlaqəyə məcbur edilmək cinayətdir. Bu cür insanlar cəzalandırılmalıdır. Buna adət edən gənclər varsa, bu fikirdən daşınmalıdırlar. Bu, sevişmək deyil, qadına verilən işgəncədir və xəstə təfəkkürün nəticəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə