Karnavalda ölənlərin sayı 40-a çatdı

Ötən həftə Boliviyanın Oruro şəhərində karnaval zamanı qaz balonunun partlaması nəticəsində ölənlərin sayı 40, yaralıların sayı 124 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Karlos Romero açıqlayıb

" Hadisə nəticəsində 40 nəfər ölüb. Güclü nəzarətin olmasına baxmayaraq, təəssüf ki, karnaval zamanı ölən və yaralıların sayı çox olub"- deyə, nazir bildirib.

Qeyd edək ki, Oruro karnavalı 2001-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Boliviyada ən məşhur və ən rəngarəng karnaval hesab edilir. Ölkənin Mədəniyyət Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, karnavala 412 nəfər qatılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...