Məktəbliləri daşıyan avtobus divara çırpıldı

Almaniyanın Eberbach şəhərində uşaqları daşıyan avtobus yaşayış binasının divarına çırpılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 43 nəfər yaralanıb, 10 nəfərin isə vəziyyəti ağırdır.

Məlumata görə, avtobus müxtəlif məktəblərdə təhsil alan uşaqları daşıyan servis xidmətinə daxildir. Sürücü yüngül xəsarət alıb. Hadisə səhər saatlarında baş verib. Avtobus bir neçə avtomobillə toqquşduqdan sonra binanın dıvarına çırpılıb.

Hadisə yerinə polis, təcili yardım briqadaları cəlb edilib. Qəza baş verən yol tamamilə bağlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə