Barselonada 48 nəfər xəsarət alıb

Barselonada şəhərkənarı qatarın iştirakı ilə baş verən qəza nəticəsində ən azı 48 nəfər xəsarət alıb. Təxminən 20 nəfər xəstəxanaya yerləşdirilib, onlardan beşinin vəziyyəti ağırdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniya KİV-i yazır ki, hadisə bu səhər Fransa vağzalı stansiyasında baş verib.

İlkin məlumata əsasən, qatar dayana bilməyib və platformaya çırpılıb.

Hadisə yerinə altı təcili tibbi yardım maşını gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə