Ukrayna Putinin Krıma səfər etməsinə etiraz etdi

Ukrayna Xarici İşlər Nazirliyi Vladimir Putinin Krıma səfər etməsinə etiraz olaraq Rusiya XİN-ə nota göndərib. Axar.az xəbər verir ki, bəyanatda Putinin icazə olmadan adaya səfər etdiyi bildirilib. “Ukrayna XİN rəsmi Kiyevlə razılıq əldə etmədən Putinin Krıma səfər etməsini kəskin şəkildə qınayır”, - deyə bildirilib.

Qeyd edək ki, Putin Krımda Artek uşaq düşərgəsini ziyarət etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə