“Nar” Milli Mətbuat Günündə media nümayəndələrini intellektual yarışda bir araya topladı

Ölkənin ən gənc mobil operatoru “Nar”, 22 iyul - Milli Mətbuat Gününü media nümayəndələri ilə birgə qeyd edib. Mobil operator 35 media orqanını təmsil edən 80-ə qədər media nümayəndəsini artıq ənənə halını alan intellektual yarışmada bir araya toplayıb.

Bilik yarışmasında 15 komanda iştirak edib. İntellekt yarışında artıq ikinci ildir ki, qalibiyyəti əldən buraxmayan “Komanda” komandası 1-ci yeri, “Report” İA-ni təmsil edən komanda 2-ci, “Azxəbər” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Qeyd edək ki, yarış iştirakçılarına 7 tur boyunca ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlik dərəcələrində suallar verilib.

“Bugün Zərdabi davamçıları olaraq sizləri intellektual yarışda bir arada görməkdən böyük qürur hissi duyuram. İctimaiyyətin məlumatlandırılmasına, maarifləndirməyə, düzgün dəyərlərin təbliğinə yönəlik əvəzsiz əməyiniz üçün “Nar” adından bütün media nümayəndələrinə təşəkkür edir, məsuliyyətli və şərəfli peşə yolunuzda uğurlar diləyirəm”, - deyə “Azerfon” MMC-nin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov Milli Mətbuat günü münasibətilə keçirilən tədbirdə bildirib.

Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür.

“Nar” hər zaman elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir və maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların əsas dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://bit.ly/2Ya4VQR

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə