“Tesla”nın avtopilot sistemi necə işləyir?

“Tesla” kompaniyası şəhərkənarı yolda öz elektromobilinin avtopilot rejimində hərəkətinin video çəkilişini nümayiş etdirib. SİA xəbər verir ki, videoda hərəkət zamanı sürücü kürsüsündə əyləşən insanın sükana toxunmadığı görünür. Avtomobil müstəqil şəkildə işıqforun qırmızı işığında dayanır, estakadaya daxil olur və digər hərəkət iştirakçılarını ötüb keçir. Elektromobil yolun bəzi hissələrində saatda 75 kilometrə qədər sürət yığır.

Xatırladaq ki, bir qədər əvvəl “Tesla” kompaniyasının qurucusu və rəhbəri İlon Mask 2020-ci ildə ABŞ-da pilotsuz taksi servisinin işə salınacağını bildirib. Onun sözlərinə görə, kompaniya bu məqsədlə ayrıca avtopark qurmağı planlaşdırır.

Elektromobil və onlar üçün texnologiyaların hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Tesla Motors” kompaniyası 2003-cü ildən fəaliyyətə başlayıb. Kompaniyanın mənzil-qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. “Tesla Motors” elektromobillərdən əlavə, özünə məxsus texnologiya ilə günəş batareyaları və digər enerjitoplama sistemləri, həmçinin elektrik mühərrikləri istehsal edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...