“Android”in ən populyar versiyası məlum olub

“Marshmallow 6.0” əməliyyat sistemi ilk dəfə “Android” sistemi bazarında ən geniş yayılmış platforma adına layiq görülüb. “3dnews.ru” saytı xəbər verir ki, hazırda “Marshmallow 6.0” versiyasının bazar payı 31,2 faiz təşkil edir. Son ayda bu göstərici dəyişməyib. Amma “Lollipop” (5.0 və 5.1) versiyasının bazar payı azalaraq 30,8 faiz təşkil edib. 18,1 faiz bazar payına malik “KitKat 4.4” versiyası ilk üçlükdə yerləşib.

Eyni zamanda, “Nougat 7.0” və “Nougat 7.1” versiyalarının mövqeyi möhkəmlənir: bir ayda bu versiyaların ümumi bazar payı 7.1-dən 9,5 faizədək artıb.

“IDC” ekspertlərinin fikrincə, 2017-ci ildə dünyada 1,52 milyard smartfon tədarük ediləcək. Analitiklərin proqnozuna görə, "ağıllı" mobil telefonların tədarük həcminin 85,1 faizi “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə