Sərbəst güləşçilərimizin təlim-məşq toplanışı başlayıb

Sərbəst güləş yığmamız növbəti təlim-məşq toplanışına start verib. SİA-nın məlumatına görə, Olimpiya Güləş Mərkəzində hazırlıqlara başlayan millimizin məşqlərində geniş heyət iştirak edir. Zədəli güləşçilər istisna olmaqla, komanda tam tərkibdə toplanışı davam etdirir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan təlim-məşq toplanışı dekabrın 25-dək davam edəcək. Toplanışa sınaqçı-rəqib kimi Rusiyadan bir neçə güləşçi də qatılıb.

Qeyd edək ki, növbəti hazırlıq prosesi Türkiyədə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə