Azərbaycan yığması Farer Adaları komandası ilə oynayacaq

Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.

SİA-nın məlumatına görə, yığmamız saat 16:00-da başlayacaq oyunda Farer Adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Oyunu latviyalı baş hakim Jelena Jermolajeva idarə edəcək. Ona Liga Didrike (Latviya) və Svitlana Qruşko (Ukrayna) kömək edəcəklər. Dördüncü hakim funksiyasını ukraynalı Katerina Usova yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...