“FIDE Grand Swiss 2019” turniri sona yetib

Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turniri başa çatıb. SİA-nın məlumatına görə, son turda şahmatçılarımız Nicat Abbasov ABŞ təmsilçisi Jefferi Sionq, Rauf Məmmədov türkiyəli Mustafa Yılmaz, Eltac Səfərli yunanıstanlı İoannis Papaioannou ilə heç-heçə ediblər. Komandamızın digər üzvü Vasif Durarbəyli isə amerikalı Qata Kamskiyə məğlub olub.

Turnirdə təmsilçilərimizdən ən yüksək nəticə N.Abbasova məxsusdur. O, 11 mümkün xaldan 6,5 xal toplayaraq 15-ci yeri tutub. Digər şahmatçılarımız R.Məmmədov 5,5 xalla 60-cı, E.Səfərli eyni xalla 65-ci, V.Durarbəyli isə 5 xalla 109-cu pillədə qərarlaşıb. Turnirin qalibi 8 xalla çinli şahmatçı Hao Yanq olub. O, eyni zamanda 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə əldə edib. Onunla eyni xala malik olan Fabiano Karuana ikinci, rusiyalı Kiril Alekseenko 7,5 xalla üçüncü yeri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...