Azərbaycan I Dünya Çimərlik Oyunlarında altıncı yerdə qərarlaşıb

Azərbaycan Qətərdə təşkil olunan birinci Dünya Çimərlik Oyunlarının medal sıralamasında altıncı yerdə qərarlaşıb. SİA-nın məlumatına görə, millimizin aktivində 2 medal var. Belə ki, qadınlar arasında aquatrilon idman növündə fərdi çıxış edən Kseniya Levkovska gümüş medala sahib olub. Eyni idman növündə kişilərin yarışında mübarizə aparan Rostislav Pevtsov yarışı üçüncü pillədə başa vurub.

Medal sıralamasına 4 qızıl medalla İspaniya başçılıq edir. Belarus (1-1-1) və Rusiya (1-1-0) ilk üçlüyü tamamlayırlar. Braziliya və İtaliya 1 qızıl medalla 4-5-ci yeri bölüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə