I Dünya Çimərlik Oyunlarına 7 idmançımız qatılacaq

Azərbaycan oktyabrın 12-də Qətərin paytaxtı Dohada start götürəcək I Dünya Çimərlik Oyunlarına 7 idmançı ilə qatılacaq.

SİA-nın məlumatına görə, çimərlik güləşi yarışlarında ölkəni Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) təmsil edəcək.

Akvatlon yarışlarında millinin üzvləri Rostislav Pevtsov və Kseniya Levkovskaya çıxış edəcəklər. Karateçi Roman Heydərov isə kata yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, Oyunlara oktyabrın 16-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...