Millimizin futbolçusu olan Çexiyada növbəti qollarını vurub

U-21 millimizin futbolçusu olan Fərid Nəbiyev Çexiyada növbəti qollarını vurub.

SİA xəbər verir ki, "Slaviya"nın B komandasının azərbaycanlı hücumçusu Çexiya Gənclər liqasının 7-c turunun "Karlovı Varı" klubu ilə səfər oyununda (2:1) dubledib. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, Fəridin qolları komandasına qələbə qazandırıb.

Qeyd edək ki, Fərid əsas heyətdə meydana çıxıb. Dubl etməklə yanaşı sarı vərəqə də alıb.

7 oyundan 12 xal toplayan "Slaviya B" 5-ci pillədə yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...