Millimiz Avropa çempionatına qələbə ilə başlayıb

Qadın voleybolçular arasında Avropa çempionatı start götürüb. SİA-nın məlumatına görə, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi də mübarizəyə başlayıb. Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri ilk turda Xorvatiya ilə görüşüblər. Yığmamız matçın ilk setində asan qələbə qazanıb – 25:13. Amma xorvatiyalılar oyunda dönüş yarada biliblər. Gərgin mübarizə şəraitində keçən növbəti iki hissədə qalib gələn balkanlılar hesabda önə keçiblər. Lakin italiyalı mütəxəssisin yetirmələri dördüncü setdəki çətin qələbə ilə matçı tay-brekə daşıyıblar. Həlledici hissədə rəqibini üstələyən millimiz yarışa qələbə ilə başlayıb – 3:2. Bu gün C qrupunda daha iki matç baş tutacaq. Hollandiya Rumıniyanı, Macarıstan isə Estoniyanı sınağa çəkəcək. Qeyd edək ki, növbəti oyununu avqustun 25-də keçirəcək yığmamız Hollandiya ilə üz-üzə gələcək. Avropa çempionatı C qrupu 23 avqust 17:00. Xorvatiya – Azərbaycan – 2:3 (13:25, 25:20, 25:22, 24:26, 15:17) Hakimlər: Filipp Şurmann, Andrey Kovalçuk Budapeşt. Lasso Pappa adına İdman Arenası

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...