“Qarabağ” növbəti mərhələdə

"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

SİA xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da "Partizani"ni qəbul edib. Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası bu dəfə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

"Qarabağ" 2-ci mərhələdə "Riqa" (Latviya) - "Dandolk" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.


Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

"Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) - 2:0
Qollar: Filip Ozobiç, 51, Dani Kintana, 90+4
Hakimlər: Dumitru Muntean, Vladislav Lifçiu, Andrey Bodean, Aleksandru Tean
İlk oyun - 0:0
Bakı, "Dalğa Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...