"Şalke"nin yeni baş məşqçisi müəyyənləşib

"Şalke"ni yeni mövsümdən çalışdıracaq baş məşqçi müəyyənləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bundesliqa təmsilisi David Vaqnerlə 2022-ci ilin iyununa kimi müqavilə imzalayıb. O, iyundan yeni klubunda işə başlayacaq.

Qeyd edək ki, mart ayında baş məşqçisi Domeniko Tedoskonu istefaya göndərən "Şalke" bu mövsümün sonuna kimi komandanı Huub Stevensin çalışdıracağı açıqlamışdı.

Əlavə edək ki, D.Vaqnerin son klubu "Haddersfild" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə