"Atletiko" qazandı, "Barselona" üzüldü

Madridin "Atletiko" klubu La Liqada növbəti qələbəsini qazanıb. SİA xəbər verir ki, Madrid klubu 34-cü turda doğma meydanda "Valensiya" ilə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.

"Atletiko" - "Valensiya" - 3:2
Qollar: Morata, 9 (1:0), Qameyro, 36 (1:1), Qrizmann, 49 (2:1), Parejo, 77-pen (2:2), Korrea, 81 (3:2)

Bu qələbə ilə Dieqo Simeonenin komandası 80 xalla lider "Barselona"nın yarışın bitməyinə 4 tur qalmış çempionluğunu rəsmiləşdirməyini təxirə salıb. "Atletiko" 71 xalla 2-ci, "Real" 64 xalla (33 oyundan) 3-cüdür."Hetafe" 54 xalla 4-cü, "Valensiya" isə 52 xalla 5-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...