Mətbuat konfranslarında iştirak edəcək pilotlar müəyyənləşib

2019 Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində mətbuat konfranslarında iştirak edəcək pilotların adları açıqlanıb. SİA-nın məlumatına görə, aprelin 25-də saat 17:00-da başlayacaq tədbirə Antonio Covinatsi (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”), Lens Stroll (“Rasing Point”), Niko Hülkenberq (“Renault”) və Corc Rassell (“Williams”) qatılacaq.

Aprelin 26-da saat 15:00-da start götürəcək konfransda isə komanda rəhbərləri iştirak edəcəklər. Bunlar Toto Volf (“Mercedes”), Otmar Zafnauer (“Rasing Point”), Kristian Horner (“Red Bull”), Siril Abitebul (Renault) və Kler Uilyamsdır (“Williams”).

Qeyd edək ki, Formula 1 SOCAR Azərbaycan Qran Prisi 26-28 apreldə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə