“Napoli”nin müdafiəçisinin qiyməti – 150 milyon avro

İtaliyanın “Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti komandanın müdafiəçisi Kalidu Kulibali haqda fikirlərini bildirib.

SİA-nın “Sports.ru” saytına istinadən verdiyi xəbərə görə, baş məşqçi bu barədə deyib: “Bəli, mən hesab edirəm ki, o, dünyanın ən yaxşı müdafiəçisidir. O, bundan sonra daha da inkişaf edə bilər. Kulibalinin qiyməti 150 milyon avrodur, lakin satılmır.Onun klubla müqaviləsi 2023-cü ilə qədərdir. Lakin “Napoli”nin onu satmağa ehtiyacı yoxdur”.

Qeyd edək ki, 1991-ci ildə Fransada anadan olmuş Kulibali seçimini Seneqal millisinin xeyrinə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə