Moskva "Spartak"ı azərbaycanlı futbolçusu Ayaz Quliyevi cəzalandırıb. Rusiya mətbuatının yazdığına görə, buna səbəb 23 yaşlı yarımmüdafiəçinin ötən gün Moskva küçələrinin birində amerikalı turistlə dalaşması olub. Paytaxt təmsilçisi avtomobillə turistin həyatı üçün təhlükə yaradan, daha sonra isə onun burnunu sındıran futbolçunu əvəzedici komandaya göndərib. Onun ikinci komandada oynamasına da icazə verilməyib. Quliyev orada ancaq məşq edə bilər. Bundan başqa, Ayazın 5 milyon rubl (təqribən 77 min dollar) cərimə olunacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə