Kərim Benzema La Liqada bütün rəqiblərinin qapısına qol vurub

İspaniya La Liqasının 29-cu turunda keçirilən “Real” - “Hueska” oyunu (3:2) meydan sahiblərinin futbolçusu Kərim Benzema üçün əlamətdar olub. SİA-nın məlumatına görə, matçda qələbə qolu vuran fransalı hücumçu bununla da La Liqada qarşılaşdığı bütün rəqiblərinin qapısına yol tapıb. Benzema indiyədək La Liqa 34 komandanın qapısından 141 top keçirib.

Qeyd edək ki, 31 yaşlı forvard 2009-cu ildən Madrid klubunda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə