Aytəkin Həsənova "Tokio 2020"-yə lisenziya şanslarını artırıb FOTOLAR

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qılıncoynatma idman növü üzrə idmançısı Aytəkin Həsənova baş məşqçi Asəf Məlikovun rəhbərliyi altında 20-24 mart tarixlərində İtaliyanın Pisa şəhərində keçirilən Dünya kubokunda iştirak edib. SİA-nın məlumatına görə, Aytəkin Həsənova Dünya kubokunda bütün görüşlərini başa vurub. O, çıxış etdiyi hər 3 növdə 4 reytinq xalı qazanıb və bununla lisenziya qazanmaq şansını artırıb.

Bu günə olan nəticələrə görə, idmançımız çıxış etdiyi 2 kateqoriyada 18-ci yer, və diqər 1 kateqoriyada isə 12-ci yerdə gərarlaşıb. Xatırladaq ki, 31 may 2020-ci ilədək reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq hüququna malikdir.

Qeyd edək ki, yarış Tokio 2020 Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...