Ölkə çempionatının birinci gününün qalibləri təltif olunub - FOTOLAR
“Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən 15 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan çempionatının birinci günündə altı çəki dərəcəsində qaliblər müəyyənləşib. SİA-nın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə qadınların yarışında 28, 40, 52, oğlanların mübarizəsində isə 34, 46, 60 kiloqram çəki dərəcələrində qalib və mükafatçılara medallar, diplomlar təqdim olunub.
Üç gün davam edəcək ölkə birinciliyində 75 klubdan 518 cüdoçu (482 oğlan, 36 qız) mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə