Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası olacaq

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş sponsoru SOCAR-ın inzibati binasında AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. SİA-nın məlumatına görə, saat 18:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

Aşağı yaş qruplarından ibarət milli komandalara məşqçi təyinatlarının təsdiqi

Digər məsələlər

İcraiyyə Komitəsində qəbul olunmuş qərarlar bu gün AFFA-nın saytında yerləşdiriləcək. İclasdan sonra mətbuat üçün brifinq nəzərdə tutulmayıb. Qəbul olunacaq qərarlarla bağlı fevralın 12-də, saat 11:30-da, Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə