Futzal üzrə FİFA referisi Hikmət Qafarlı yeni təyinat alıb. SİA-nın məlumatına görə, o, yanvarın 29-dan fevralın 3-dək dünya çempionatının Avropa üzrə ilkin seçmə mərhələsinin Bolqarıstanda keçiriləcək G qrupunun oyunlarını idarə edəcək. Bu qrupda Bolqarıstan, Hollandiya, Monteneqro və Estoniya milli komandaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə