Keyn nə zaman oynamağa hazır olacaq?

"Tottenhem"in futbolçusu Harri Keyn zədə səbəbindən ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted”lə matçda topuğundan zədə alan 25 yaşlı hücumçunun şişi çəkiləndən sonra o, tibbi müayinədən keçəcək. Bu zaman onun bərpa müddəti məlum olacaq. Ancaq Keynin Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 13-ü "Borussiya"ya (Dortmund) qarşı keçiriləcək ilk oyuna kimi hazır olmayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə