10 liqada 3289 futbolçu meydana çıxıb

AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, Coca-Cola U-13 və Kapital Bank U-14, Boulevard Hotel U-15, U-16, Bakcel U-17, Gənclər Liqalarında və “Coca-Cola Məktəbli Kuboku”nda ötən həftə ümumilikdə 253 oyun keçirilib. SİA-nın məlumatına görə, bu oyunlar zamanı 3289 futbolçu meydana çıxıb.

Qeyd edək ki, liqaların oyunları 12 mərkəzləşdirilmiş regionda - Bakı, Sumqayıt, Cəlilabad, Lənkəran, Quba, Mingəçevir, Qax, Qəbələ, Gəncə, Tovuz, İmişli və Ağsuda keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə