"Arsenal" - "Qarabağ" matçında erməni təxribatı - FOTOLAR

İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilən futbol üzrə Avropa Liqasının VI tur matçında insident baş verib. SİA-nın məlumatına görə, oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə erməni azarkeş təxribat törədib. O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribat törədən azarkeşi dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, görüş "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə