"Fənərbaxça"nın futbolçusu nəhəng klubların hədəfində

"Fənərbaxça"nın mərkəz yarımmüdafiəçisi Elif Elmaz Avropa top klublarının hədəfinə düşüb. SİA-nın məlumatına görə, PSJ, "Tottenhem", "Real", "Borussiya" və "Roma" 19 yaşlı futbolçunu transfer etmək niyyətindədirlər. "Real" daha israrlıdır. Madrid klubu keçid üçün 20 milyon avro təklif etməyə hazırdır. Məbləğin 5 milyonu dərhal, qalan hissəsi isə "Real"da debütdən sonra ödəniləcək.

Yarımmüdafiəçinin İstanbul klubu ilə müqaviləsi 2020-də başa çatacaq.

Qeyd edək ki, futbolçu Türkiyə çempionatında 14 oyunda iştirak edib, bir qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə