"Bavariya" Zidanla danışıqlara başlayıb

Almaniya Bundesliqasında son 6 mövsümün çempionu "Bavariya"da işlər qaydasında getmir. SİA-nın məlumatına görə, Niko Kovaçın rəhbərliyi altında uğursuz çıxış edən komanda Bundesliqada lider "Borussiya"dan (Dortmund) 7 xal geri qalır. Xorvat mütəxəssisin rəhbərliyi altında 11 oyuna çıxan Münhen klubu 6 qələbə qazanıb, 2 heç-heçə edib və 3 dəfə məğlub olub. Nəticələrdən narazı olan rəhbərlik Niko Kovaçla yollarını ayırmağa hazırlaşır. "Bavariya" rəhbərliyinin artıq Zinəddin Zidanla danışıqlara başladığı iddia olunur.

Məlumata görə, tərəflər arasında artıq ilk görüş baş tutub. İndi "Bavariya" fransız mütəxəssisdən cavab gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...