“Mercedes”in pilotu Luis Hamilton Formula 1 üzrə dünya çempionatı başa çatmamış çempionluğunu təmin edə bilər. Bunun üçün britaniyalı pilot ABŞ Qran-Prisində “Ferrari”nin sürücüsü Sebastian Fettelden 8 xal artıq toplamalıdır.
SİA-nın məlumatına görə, hazırda pilotlar arasında xal fərqi 67-yə bərabərdir. Əgər xal fərqi 75-ə yüksəlsə L.Hamilton ABŞ-dan sonrakı üç Qran-prilərdə xal qazanmasa belə S.Fettel çempion ola bilməyəcək.
Hər iki pilot karyerasında dörd dəfə çempion olub.
Qeyd edək ki, ABŞ Qran-Prisi oktyabrın 19-21-də Ostin şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə