"Qarabağ"ın legionerləri komanda ilə məşqlərə qoşulublar

Topaz Premyer Liqasının 8-ci turunda "Səbail"lə qarşılaşacaq "Qarabağ" bu oyunun hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, Ağdam klubunun məşqlərinə İslandiya millisinə dəvət alan qapıçısı Hannes Halldorsson, Bolqarıstan və Konqo yığmalarında yer alan iki futbolçu - Simeon Slavçev və Con Delarj da qatılıb.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" oyunu sabah 19:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə