"Real"ın futbolçuları zədələrini sağaldıblar

"Real"ın futbolçuları Marselo, Benzema, Marko Asensio, Qaret Beyl və Xesus Valyeho zədələrini sağaldıblar. SİA-nın məlumatına görə, onlar komanda ilə ümumi məşqlərə qayıdıblar. Həmçinin kor bağırsağından əməliyyat olan İsko da məşqlərdə iştirak edib.

Adları qeyd olunan futbolçuların La Liqanın 9-cu turunda "Levante" ilə görüşdə oynaya biləcəyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə