Hakim qapıya yandan daxil olan topu qol saydı - VİDEO

Futbol üzrə Hollandiya Kubokunda "Staphorst" və QOES komandaları arasında keçirilmiş 1/128 final matçında qapıya yan tərəfdən daxil olan top qol sayılıb. SİA-nın məlumatına görə, top qapı torundakı kiçik yırtıqdan içəri girib. Baş hakim köməkçiləri ilə birgə qərara gəlib ki, qol qaydalar çərçivəsində vurulub.

Qeyd edək ki, görüş QOES-in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə