Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, keçirilən matçlardan sonra Azərbaycan 1 pillə geriləyib. 18.250 xalı olan ölkəmiz yenidən 25-ci pilləyə düşüb. Xalını 18.325-ə yüksəldən İsrail Azərbaycanı geridə qoyub.

Qeyd edək ki, ölkəmizdən 1 pillə geridə olan Norveçin 17.950 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə