Bakıda keçiriləcək dünya çempionatının biletləri satışa çıxarılıb

20-27 sentyabr 2018-ci il tarixində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Milli Gimnastika Arenasında baş tutacaq mötəbər yarış üçün biletləri "Asan Xidmət" mərkəzlərindən, şəhərimizin bütün kassalarından, eləcə də onlayn olaraq iTicket.az saytından almaq olar.

Biletlərin qiyməti kateqoriyalara uyğun olaraq səhər yarışları üçün 1, 5 manat, VİP yerlərə 25 manat, final mərhələsi üçün isə 2 və 10 manat, VİP yerlər 50 manatdır.

Qeyd edək ki, bu yarışda dünyanın 150-ə yaxın ölkəsinin cüdoçularının iştirakı gözlənilir. Dünya çempionatının təntənəli açılış mərasimi sentyabrın 20-i saat 15:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...